YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Finlandiyalı skaut: Artıq azərbaycanlı skaut dostlarımız var

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı yüksək səviyyəli təşkilatçılığı, iştirakçıların çoxluğu, müzakirələrin səmərəliliyi ilə seçilir. Tədbirin keçirildiyi məkan – Bakı Konqres Mərkəzi, möhtəşəm memarlıq incisi olan Heydər Əliyev Mərkəzi çox gözəldir, hər iki məkanda skautlar üçün əlverişli şərait yaradılıb. Bakıya gəldiyim üçün özümü çox xoşbəxt hiss edirəm.

Bu fikirləri finlandiyalı skaut Johanna Nyuman deyib.

Johanna Nyuman deyib ki, Bakı konfransında çox səmərəli fikir və təcrübə mübadilələri aparırıq, müxtəlif təqdimatlar dinləyirik, skautların gələcək inkişaf strategiyalarını müzakirə edirik, ən əsası yaxşı ünsiyyətlər qururuq. Azərbaycanlı skautlarla da tanış olmuşuq və dostluq əlaqələri yaratmışıq. Bu əlaqələri inkişaf etdirəcəyik.