YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Məqsəd əhalinin sosial rifahını daha da yaxşılaşdırmaqdır

«Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sosial xidmətlərin keyfiyyətinin və ünvanlılığının mütəmadi artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim əsas planda yer alır». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin elmi-nəzəri, iqtisadi əsaslara söykənməsi nəticə etibarilə xalqın maddi rifah halının daha da yaxşılaşdırılmasını, eyni zamanda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdədir.  Onun sözlərinə görə, bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.

«Prezident İlham Əliyevin aztəminatlı vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə təsdiqlədiyi “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizdə ünvanlı dövlət sosial yardımı sistemi tətbiq olunur. Ötən dövr ərzində ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsi məqsədilə müvafiq qanunvericiliyə bir neçə dəfə əlavə və dəyişikliklər edilmiş, nəticədə ünvanlı yardımın əhatə dairəsi genişləndirilməklə yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılmış, bu sahədə sənədləşdirmə qaydaları sadələşdirilmişdir. Ünvanlı yardımın hesablanması üçün əsas götürülən ehtiyac meyarının yaşayış minimumuna çatdırılması istiqamətində də müvafiq addımlar atılır. Prezident İlham Əliyevin fərmanı ilə vətəndaşlara ünvanlı sosial yardım üçün elektron formada müraciət etmək imkanı da yaradılıb. Bununla yanaşı, bu məsələ daha da təkmilləşdirilməkdədir. Özünü məşğulluq proqramı bu baxımdan əhəmiyyətlidir. İnanırıq ki, bu layihə də yüksək nəticələr verəcək»- deyə, komitə sədri vurğulayıb.