Xəbərlər
Jalə Əliyeva: Azərbaycanda mədəniyyət sahəsinə dövlət qayğısı çox yüksəkdir

«Azərbaycanda mədəniyyət sahəsinə dövlət qayğısı çox yüksəkdir». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
J.Əliyeva bildirib ki, Prezident İlham Əliyev hər zaman bu sahəyə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, ölkəmizdə bu sahədə infrastruktur yeniləşir, eləcə də, mədəniyyət və incəsənət xadimləri dövlət tərəfindən mütəmadi olaraq mükafatlandırılır.
«Prezident İlham Əliyevin Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı isə bu sahəyə dövlətin n əqədər önəm verdiyinin göstəricisidir. Sərəncamda qeyd olunduğu kimi Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət həyata keçirilir. Son 13 il ərzində bir çox mədəniyyət obyktləri tikilib və ya əsaslı təmir olunaraq istifadəyə veriir. Eləcə də, tarixi-mədəni abidələrimiz dövlət tərəfindən qorunur. Cənab Prezidentin sərəncamı ilə bir sıra mədəniyyət mərkəzləri, abidələrinin tikintisinə və bərpasına vəsait ayrılıb. Bu sərəncam nəticəsində ölkəmizdəki ən müasir mədəniyyət m ərkəzləri yaradılacaq. Bütün bunlar bir daha dövlətimizin mədəniyyət sahəsinə yüksək diqqətinin ifadəsidir»- deyə, J.Əliyeva qeyd edib.