YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Skaut hərəkatının inkişafında Bakı konfransı mühüm rol oynayacaq

Bakıda təşkil olunan Dünya Skaut Konfransının ilk günündə 3 il ərzində görülən işlər barədə məlumat verilib, hesabatlar dinlənilib və iştirakçı ölkələrin təklifi ilə tədbirin növbəti günlər üçün gündəliyi müəyyənləşdirilib.

Bu sözləri avqustun 14-də Bakı Konqres Mərkəzində təşkil olunan 41-ci Dünya Skaut Konfransına həsr edilmiş mətbuat konfransında Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalves deyib.

O bildirib ki, konfransda iştirak üçün 161 ölkə qeydiyyatdan keçib. Bakı konfransı ölkələrin və iştirakçıların sayına görə rekord müəyyənləşdirdi. Konfransda müzakirə olunan əsas mövzular skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətlərinin yaradılması, eləcə də komitənin rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsindən ibarətdir. Həmçinin davamlı inkişaf hədəfləri, qurumun Nizamnaməsinə dəyişikliklərin edilməsi, İdarə Heyətinin iclası, növbəti illər üçün tədbirlərə ev sahibliyi edəcək ölkələrin müəyyənləşdirilməsi nəzərdə tutulub.

Konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirən Dünya Skaut Hərəkatı Təşkilatının baş katibi Əhməd əl-Hindavi mükəmməl təşkilatçılığa görə minnətdarlığını bildirib, skaut hərəkatının inkişafında Bakı konfransının mühüm rol oynayacağını diqqətə çatdırıb.

Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı bu sahənin ölkəmizdə sürətli inkişaf dövrü keçdiyini diqqətə çatdıraraq deyib: “Bakı ilə yanaşı, 16 bölgədə skaut qrupları fəaliyyət göstərir. Sıralarımız gündən-günə artır. Konfransdan sonra bu sahənin kütləviləşməsinə daha çox nail olacağıq. Ölkəmizdə bu sahənin inkişafı üçün lazımi imkanlar və şərait var”.