YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlıq və şəffaflıq problemləri” adlı konfrans keçiriləcək

Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə sentyabrın 22-23-də Bakıda "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Auditorlar Palatasından bildiriblər ki, konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, mütərəqqi nəzarət forma və metodlarının, maliyyə hesabatlılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində müzakirələr aparmaqdan ibarətdir.