YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

Avqustun 9-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Görüşdə Oqtay Əsədov dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edən Milli Məclisin sədri Prezident Qurbanqulu Berdiməhəmmədovun bu səfərinin Azərbaycan-Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verəcəyini əminliklə vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda keçirdiyi görüşlərin, aparılan müzakirələrin və imzalanan sənədlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Ali qonaq Azərbaycanın və Türkmənistanın qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Dövlət başçısı ölkələrimizin beynəlxalq səviyyədə birgə fəaliyyətindən, qarşılıqlı etimad və dəstəkdən razılığını bildirib.