YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Regionların inkişafı hər zaman dövlət başçısının diqqətindədir

«Regionların inkişafı hər zaman dövlət başçısının diqqətindədir. Prezident İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri bu faktı bir daha təsdiqləyir». Bu fikirləri  Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, dövlət başçısı barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirilən respublika müşavirəsində vacib məsələlərə toxunub. Onun sözlərinə görə, 2004-cü ildən indiyə qədər bölgələrdə müşahidə edilən inkişaf böyük uğurdur.

«Azərbaycanda heç vaxt qısa zaman ərzində bu qədər iş görülməyib. Xüsusilə infrastruktur layihələrinin reallaşdırılması, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər hər zaman dövlət başçısının diqqət mərkəzində olub və həmin siyasətin sayəsində ölkəmizdə son 6 ay ərzində iqtisadiyyatda 1,7 faiz artım qeydə alınıb, qeyri-neft sektorunda 4,4 faiz, kənd təsərrüfatı sahəsində 2 faiz artım mövcuddur. Ən mühüm məsələlərdən biri heç şübhəsiz ki, ixrac potensialımızın genişləndirilməsi, idxaldan asılılığın azaldılması ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ölkəmizin ixracatında son 6 ay ərzində 36 faizlik artım qeydə alınıb və xüsusilə qeyri-neft ixracatında 27 faiz artım var, idxaldan asılılıq isə 15 faiz azalıb. Bütün bunlar çox böyük nailiyyətdir»- deyə, deputat vurğulayıb.