YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün nadir şərait yaradılıb

Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir, deyə bilərəm ki, nadir bir şərait yaradılıb, vergilərdən azadolunma praktikası məncə, ancaq Azərbaycanda tətbiq edilir. Digər güzəştlər, subsidiyalar, kreditlər və sair.

Bu fikirləri Prezident İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, buna baxmayaraq, dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini göstərməlidir və göstərəcək.

Azərbaycan Prezidenti bu gün ərzaq təhlükəsizliyi məsələlərinin ön plana çıxdığını, ona görə də vaxtilə tütünçülükdə, baramaçılıqda əldə edilmiş nailiyyətlərin indi böyük rəqəmlərlə ölçüldüyünü vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dövləti müntəzəm olaraq kənd təsərrüfatına çox böyük vəsait ayırır, investisiyalar qoyur. Bu gün reallaşan və növbəti illərdə həyata keçiriləcək infrastruktur layihələri də o cümlədən kənd təsərrüfatının inkişafına xidmət göstərir. Biz yol çəkilişi ilə çox ciddi məşğuluq. Bu il şərti olaraq adlandırılan “40 yol layihəsi”, - əslində bu, 200-dən çox kəndi əhatə edir, - o cümlədən kənd təsərrüfatının inkişafına xidmət göstərir. Bu, nəinki insanlara rahatlıq gətirir, eyni zamanda, fermerlərin, kəndlilərin öz məhsullarını bazarlara çıxarmaları üçün şərait yaradır.