YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dəniz kuboku-2017” müsabiqəsində “Üzən minaya artilleriya atışı” epizodu icra olunacaq

“Dəniz kuboku-2017” müsabiqəsi çərçivəsində “Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci epizod icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yarışlarda iştirak edən Rusiyanın “Qrad Sviyajsk” kiçik raket gəmisi və İranın “Cövşən” raket kateri hava hədəflərini məhv edərək tapşırığı yerinə yetiriblər.

Azərbaycanın “G-124” gözətçi və Qazaxıstanın “Sarıarka” raket artilleriya gəmiləri isə gəmi heyətlərindən asılı olmayan səbəblərdən hədəflərdə yaranan texniki nasazlığa görə tapşırıqları növbəti gün icra edəcəklər.

Bu gün isə gəmi heyətləri müsabiqənin “Üzən minaya artilleriya atışı” epizoduna qatılaraq minaları təqlid edən hədəflərin məhv edilməsində yarışacaqlar.