YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Biz "ehtiyat dərsliyin" hazırlanması üçün xüsusi mərkəz yaradırıq

«Gənc ölkə üçün yeni dərslik hazırlamaq heç də hər zaman asan məsələ deyil. Bu illər ərzində müsbət təcrübə toplanıb, hansısa mərkəzlər yaradılıb, müəlliflər yetişib. Bir dərsliyi dördüncü dəfə yazan müəllif həmin dərsliyi birinci dəfədən fərqli olaraq daha yaxşı yazır. Biz bütün bunları dağıtmaq istəmirik. Əldə olanların ən yaxşılarını saxlamaq və gücləndirmək lazımdır. Biz "ehtiyat dərsliyin" hazırlanması üçün xüsusi mərkəz yaradırıq». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki,  "Ehtiyat dərslik" dövlətin sifarişi ilə mütəxəssislər qrupu tərəfindən və əgər tenderdə müvafiq fənn üzrə heç bir dərslik kriteriyalara cavab verməsə, tətbiq olunacaq. Onun sözlərinə görə, bu mexanizmdən bir sıra ölkələrdə istifadə olunur.

«Biz indi müstəqil olaraq, məzmuna görə seçim aparır, daha sonra kimin və necə çap edəcəyini seçirik. Hazırda ölkədə Azərbaycan və rus bölməsini nəzərə almaqla, ümumilikdə 200 dərsliyə ehtiyac var. Yeni dərsliklərdə də problem ola bilər, amma səhvləri dərsliyin sınaq dövründə aşkar eləmək şansı, dərs ilinin başlamasına iki həftə qalmış aşkar eləmək şansından daha çoxdur. Bütün çətinliklərə baxmayaraq, yaxın zamanlarda müsbət nəticəni görəcəyimizə inanıram»- deyə, nazir vurğulayıb.