YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Qarşıdakı dövrdə islahatların nəticələrini daha çox hiss edəcəyik

«Yaxın coğrafiyada, bütövlükdə dünyada geosiyasi vəziyyətin necə mürəkkəb olduğunu hamımız görürük. Bu proseslər bizdən çox da uzaqda deyil. Belə bir şəraitdə ölkəmizdə həyata keçirilən siyasət milli maraqlarımıza tam uyğundur». Bu fikirləri Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, Prezidentimiz İlham Əliyevin apardığı düşünülmüş, tarazlı siyasət nəticəsində Azərbaycan beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir.

«Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı dünyada, o cümlədən regionda  baş verən prosesləri dərindən təhlil etdi və perspektiv planlar haqqında tövsiyə və tapşırıqlarını verdi. Bizim bugünkü ən böyük dəyərimiz ölkəmizdə mövcud olan sosial-iqtisadi sabitlikdir, əmin-amanlıqdır. Bu dəyərləri qorumaq üçün hər bir vətəndaş əlindən gələni etməlidir. Hazırda ölkəmizdə yeni mərhələdə islahatlar həyata keçirilir. Çox qısa müddətdə bu islahatlar müsbət nəticələr verməkdədir. Qarşıdakı dövrdə isə islahatların nəticələrini daha çox hiss edəcəyik. Hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm nəticələr əldə edilir. Bu işlərin uğurlarını, nailiyyətlərini yaxın zamanlarda daha aydın görəcəyik»- deyə, Ş.Hacıyev vurğulayıb.