YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan İƏT ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin Fələstin və Əl-Qüds məsələləri üzrə köməkçisi Samir Bakr və İƏT-in BMT yanında daimi nümayəndəsi Akşin Mehdiyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Samir Bakr Bakıda BMT və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans”ın işini yüksək qiymətləndirib və ev sahibliyinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Nazir Elmar Məmmədyarov 2017-ci ilin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan edildiyini və Azərbaycanın İƏT ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edib, İslam dünyası ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin donor ölkə kimi Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə fəaliyyəti və təşkilatın işinə verdiyi töhfələr təqdir edilib.

DİGƏR Xəbərlər Arxiv