YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi ildən – ilə möhkəmlənir

"Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu ilin altı ayında bizim beynəlxalq əlaqələrimiz daha da fəallaşıb. Bu dövrdə Azərbaycanın beynəlxalq əlaqələri güclənib, ölkənimizin beynəlxalq nüfuzu daha da artıb, ölkəmizin bir çox məsələlərdə ortaya qoyduğu mövqeyi və təşəbbüslərini dəstəkləyən  tərəfdaşlarının sayı artıb". Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova bildirib. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi ildən – ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir. Millət vəkili deyib ki, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır, sözünə, vədinə etibar olunur. Dövlətimizin başçısının da sözügedən iclasda qeyd etdiyi kimi, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır. Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir.

Ölkəmizin mühüm beynəlxalq tədbirlərə uğurlara evsahibliyi etdiyini, artıq bu sahədə geniş təcrübəyə malik olduğunu deyən Sahibə Qafarova vurğulayıb ki, cari ilin 6 ayı da bu mənada xüsusilə xarakterikdir: "Xatırlatmaq istərdim ki, bu il ölkəmizdə V Qlobal Forum, IV Mədəniyyətlərarası Dialoq Forumu, 24-cü Xəzər neft-qaz sərgi və konfransı və digər tədbirlər reallaşıb. Həmçinin, IV İslam Həmrəyliyi Oyunlarına da məhz Azərbaycan evsahibliyi edib. Ilk Avropa Oyunlarından sonra İslam Həmrəyliyi Oyunlarının da ölkəmizdə keçirilməsi Azərbaycanın müasir inkişafını təsdiqləməklə yanaşı, ölkəmizdə multikulturalizmi, fərqli dinlərə, sivilizasiyalara yüksək münasibəti, dünyada sülh və barışın, mədəniyyətlər arasında həmrəyliyin təmin olunmasına verdiyi töfhələri də sübut edir. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır və eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə də öz töhfəsini verir. Bu cür yüksək səviyyəli tədbirlərin paytaxtımızda keçirilməsi o cümlədən Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir".

Sahibə Qafarova hesab edir ki, Azərbaycanın xarici siyasət sahəsində atdığı addımlar ölkəmizin prioritetlərinin reallaşdırılması, qarşıda duran hədəflərə nail olunması baxımından effektiv və uğurludur. Hazırda Azərbaycan əsas məqsədə, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütpvlüyü çarçivəsində həllinə nail olmaq üçün ardıcıl siyasətini davam etdirir: "2017-ci ilin birinci yarısında da bununla bağlı işlər görülüb, Ermənistanın işğalçı siyasətinin ifşa olunması, ölkəmizin beynəlxalq hüquqa söykənən mövqeyinin dəstəklənməsi, daha böyük dəyər qazanması sözügedən dövün uğurları sırasında qeyd oluna bilər. son olaraq Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-səda doğurması, bütün beynəlxalq aləmin Ermənistan  hakimiyyətinin terrorçu fəaliyyətini tənqid etməsi Ermənistana, onun terrorçuluğu dəstəkləyən hakimiyyətinə dünyada nifrətin daha da artdığını göstərdi".