YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritetdir

«Dövlətimiz daim əhalinin sosial müdafiəsinin gücləndirilməsini prioritet elan edib». Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının sosial müdafiəsini gücləndirmək məqsədilə daim lazımi addımlar atır. Onun sözlərinə görə, Azərbaycan əhalisinin sosial müdafiəsi ölkənin daxili siyasətinin proritet istiqamətlərindən biridir.

«Təsadüfi deyil ki, dünya iqtisadi böhranına baxmayaraq ölkəmizdə sosial proqramlar təxirə salınmayıb. Bu fikir bir daha rəsmi səviyyədə bəyan olunub. Bütün bunlar onu göstərir ki, Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir»- deyə, deputat qeyd edib.