YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Azərbaycanda ictimai fikrin formalaşmasında rol oynayan KİV-lərin sırasında internet media mühüm yer tutur

Hazırda Azərbaycanda ictimai fikrin formalaşmasında rol oynayan KİV-lərin sırasında internet media mühüm yer tutur. Bu fikri Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycan əhalisinin 70 faizdən çoxu internetdən istifadə edir, 1,5 milyondan çox insan sosial şəbəkələrdə fikir mübadiləsi aparır, 30 mindən çox bloqer fəaliyyəti göstərir. Onun sözlərinə görə, Azərbaycan insanı heç bir maneə olmadan öz fikrini, öz ideyasını internet vasitəsilə bölüşə bilir.

«Təcrübə göstərir ki, internet media jurnalistləri yazılı mediaya, elektron KİV-lərə nisbətən hadisələrə daha yüngül yanaşır, hadisələrin məğzinə getməkdə çətinlik çəkir, bəzi məqamlarda isə getmək istəmir, əldə etdiyi materialları müzakirə etmədən, dəqiqləşdirmədən xəbər kimi yayırlar. Azərbaycanda daha əvvəllər yaranmış xəbər portalları var, onlar öz üzərində işləyirlər, çalışırlar ki, cəmiyyətə obyektiv, düzgün məlumat versinlər. Ancaq çox təəssüf ki, etibarlı mənbələrə, faktlara söykənməyən, məsuliyyətsiz xəbər portalları yarandıqca mövcud olan müsbət yönümlü portalların da fəaliyyətinə sanki bir ləkə gətirir»- deyə, Ə.Amaşov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv