YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Komissiyasının vitse-prezidenti: "Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşmasının Avropa İttifaqı üçün mühüm əhəmiyyəti var

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşdırılması və gələcəkdə layihənin genişləndirilməsi həm Avropa İttifaqı, həm də Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir.

Bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç Gürcüstana rəsmi səfəri ərəfəsində deyib. /Trend/

Vitse-prezident əlavə edib ki, Gürcüstan "Cənub Qaz Dəhlizi" layihəsində əsas tranzit rolunu oynayır.

Qeyd edək ki, M.Şefçoviç Gürcüstana səfəri çərçivəsində enerji təhlükəsizliyi və enerji bazarlarının şaxələndirilməsi məsələlərinin də müzakirə olunacağı "Regional sabitliyin təmin edilməsi" mövzusunda Batumi beynəlxalq konfransında iştirak edəcək.

DİGƏR Xəbərlər Arxiv