YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabineti Aparatının nümayəndələri, Milli Məclisin deputatları, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, komitənin əməkdaşları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərlə göstərdiyi qayğıdan bəhs edən fotosərgiyə baxıblar.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək Fondun yaranması, fəaliyyəti, gördüyü işlər barədə danışıb.

Sonra Heydər Əliyev Fondunun fəaliyyəti haqqında film nümayiş etdirilib.