YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Şahdəniz” yatağı üzrə 4,75 milyard kubmetr qaz hasil edilib

Bu ilin ilk altı ayında “Şahdəniz” yatağı üzrə təqribən 243 milyon dollar əməliyyat xərcləri və 1 milyard 766 milyon dollardan artıq əsaslı xərclər sərf olunub. İlin sonunda bu göstəricilərin müvafiq olaraq 483 milyon dollar və 3 milyard 781 milyon dollar olacağı gözlənilir. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə, o cümlədən dənizdəki işlənmələrə və “Səngəçal” terminalının genişləndirilməsinə aiddir.

 İlin birinci yarısında “Şahdəniz” yatağından gündəlik təxminən 26,2 milyon kubmetr qaz və 49 min 757 barel kondensat hasil olunub. Ümumilikdə isə həmin müddətdə yataqdan 4,75 milyard kubmetr qaz və 1,12 milyon ton kondensat çıxarılıb. 2006-cı ildən hasilata başlanılan yataqdan cari ilin birinci rübünün sonunadək bazarlara təqribən 52,7 milyard kubmetr qaz və 13,6 milyon tondan çox kondensat ixrac edilib.

DİGƏR Xəbərlər Arxiv