YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qadınlar Şurası Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərin həlak olması ilə nəticələnən hadisə ilə bağlı bəyanat verib

Yeni Azərbaycan Partiyası Qadınlar Şurası  iyulun 4-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərin həlak olması ilə nəticələnən hadisə ilə bağlı bəyanat verib.

Bəyanatda qeyd olunub ki, bu hadisə, öz növbəsində, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistanın terrorçu mahiyyətini növbəti dəfə göstərir: “İndi artıq dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Ermənistan mütəmadi olaraq beynəlxalq hüquq normalarını pozaraq bu cür təxribatlara əl atır, mülki şəxsləri hədəfə almaqla öz işğalçı mahiyyətini nümayiş etdirir. Atəşkəs rejimi ərzində dəfələrlə bu cür təxribatlara əl atan Ermənistan silahlı birləşmələri yenə də atəşkəsin tələblərini və beynəlxalq hüquq normalarını pozaraq mülki əhaliyə qarşı cinayət əməli tətbiq edirlər. Bu isə erməni xislətini, işğalçı Ermənistanın rəhbərliyinin aciz mahiyyətini - içüzünü bir daha bütün dünyaya nümayiş etdirir”.

Diqqətə çatdırılıb ki, ölkəmizin qüdrətli siyasi qüvvəsi olan Yeni Azərbaycan Partriyasının Qadınlar Şurası qətiyyətlə bəyan edir ki, beynəlxalq təşkilatlar bu hadisəyə biganə qalmamalı, beynəlxalq hüququn tələblərinə əməl edilməli, təcavüzkar Ermənistana qarşı islahedici tədbirlər görülməli, müvafiq reaksiya göstərilməlidir.

“Bu gün bütün dünya sülh və əmin-amanlıq məramı ilə yaşayır. Hər bir insan taleyi dünyanın bütün sərvətlərindən dəyərli olmalıdır. Dünyaya yeni göz açmış qızcığazın – heç bir günahı olmayan varlığın vəhşicəsinə qətlə yetirilməsi bütün dünya analarının qəzəb, nifrət və etirazına səbəb olmalıdır. Analar bütün ömürlərini övladlarının səadətləri naminə həsr etməyə hazırdırlar. Qətlə yetirilən düşmənlə cəbhədə üz-üzə dayanmış əsgər deyil, heç bir günahı olmayan, məsum, mələk kimi bir qızcığazdır. Biz bunu Azərbaycan analarının taleyinə açılmış atəş kimi qəbul edirik. Torpaqlarımızın işğal etmələri bəs deyilmiş kimi, indi də günahsız övladlarımızı qətlə yetirirlər. Dünya anaları bu məsələyə öz münasibətlərini bildirməlidirlər. Biz Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvləri, Azərbaycan anaları yüz illərlə çörəyimizi yeyib, suyumuzu içib, torpağımızın üzərində əmin-aman yaşayan, körpə balalarımızın qanına susayan nankor ermənilərə dünya analarının öz nifrətini, etirazını bildirmələrini tələb edirik. Bu qətl, al qana boyanmış bu günahsız qızcığazın ömrünə vəhşicəsinə son qoyulması dünya analarını daxildən silkələməlidir. Çünki bu vəhşiliyin, ədalətsizliyin dünyada qarşısı alınmasa, sabah hər bir ananın övladına tuş gələ bilər!”-deyə, bəyanatda qeyd edilib.