YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Kutillo ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Kutillo ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

XİN-in mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub.

Səfir Giampaolo Kutillo diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Giampaolo Kutilloya gələcək fəaliyyətində uğurlar arzu edib.

DİGƏR Xəbərlər Arxiv