YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Minsk qrupu hadisəyə obyektiv qiymət verməlidir

«Minsk qrupu özündə cəsarət tapıb bu hadisəyə obyektiv qiymət verməlidir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, ermənilər tərəfindən öldürülən qadına və uşağa təkcə azərbaycanlı olduğu üçün yox, bir bəşər övladı olduğu üçün dəyər verilməlidir. Onun sözlərinə görə, Minsk qrupunun mövqeyində ciddi dəyişiklər olmalıdır.

«Həmsədrlərin bəyanatında yenə də ümumi fikirlər əks olunur. Onların bu mövqeyi təəssüf doğurur. Həmsədrlər qadın və uşaqların qatillərinə qarşı sərt mövqe bildirməlidir. Amma görünən odur ki, Minsk qrupu dolayaısı ilə erməni tərəfinin maraqlarına uyğun bəyanatlar səsləndirir. Bu, yolverilməzdir»- deyə, M.İbrahimqızı  vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv