YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Malena Mardın Azərbaycan-Aİ əməkdaşlığının inkişafına töhfəsini yüksək qiymətləndirib

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mardla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Malena Mardın fəaliyyəti müddətində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini bildirib.

Malena Mard fəaliyyəti dövründə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəmədiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Malena Marda gələcək fəaliyyətində uğurlar arzulayıb.