YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Ölkədə rəqabətqabiliyyətli və ixrac potensialı yüksək olan məhsulların istehsalı genişləndirilib

«Ötən müddətdə ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunub». Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi üstünlük təşkil edir. Onun sözlərinə görə, ölkədə rəqabətqabiliyyətli və ixrac potensialı yüksək olan məhsulların istehsalı genişləndirilib.

«Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalının və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə verdiyi qərarlar artıq öz bəhrəsini verməkdədir. Şübhə yoxdur ki, qısa müddətdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı daha böyük vüsət alacaq»- deyə, deputat qeyd edib.