YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Ölkəmizdə İKT-nin inkişaf templəri ildən-ilə yüksəlir

«Azərbaycanda informasiya texnologiyaları sahəsində ciddi islahatlar aparılır. Bu fikri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyitb.

Ə.Abbasov bildirib ki, ölkəmizdə bu sahənin inkişaf templəri ildən-ilə yüksəlir. Onun sözlərinə görə, həyata keçirilən yeni layihələr İKT-nin inkişafında mühüm rol oynayır.

«Yerli və regional layihələr - "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), "EuraCA" (Eurasian Connectivity Alliance), fiber-optik kabel şəbəkəsi üzərindən ölkənin hər bir yaşayış məntəqəsində əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan "Milli genişzolaqlı internetin inkişafı" layihəsi də bu baxımdan yüksək qiymətləndirilməlidir»- deyə, nazir vurğulayıb.