Xəbərlər
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunu təltif edib

İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun təltif olunması barədə sərəncamlar imzalayıb.
Dövlətimizin başçısının Sərəncamına əsasən, dörd nəfərə “general-mayor” ali hərbi rütbəsi verilib. Həmçinin bir nəfər “Əməkdar Hüquqşünas”, bir nəfər “Əməkdar Həkim”, iki nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 5 nəfər “Vətən uğrunda”, 6 nəfər “İgidliyə görə”, 10 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.