YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilk dəfə BƏT-in rəhbər orqanına üzv seçilib

Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına üzv seçilib.

Beynəlxalq birliyin ölkəmizə yüksək inam və etimadının növbəti təzahürü kimi, Azərbaycan dünyanın mötəbər qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına (İLO Governing Body) üzv seçilib. Bununla da ölkəmiz BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanıb.

BƏT-in üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasının gündəliyində duran məsələlərdən biri də BƏT-in Rəhbər Orqanına 2017-2020-ci illər üçün seçkilərin keçirilməsi olub. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sessiya çərçivəsində keçirdiyi görüşlər zamanı ölkəmizin namizədliyinin dəstəklənməsi ilə əlaqədar ətraflı məsləhətləşmələr aparılıb.

Azərbaycan nümayəndə heyəti ölkəmizin BƏT-in Rəhbər Orqanında təmsil olunmasına verilən yekdil dəstəyə görə minnətdarlıqlarını ifadə edib. Bu dəstəyin Azərbaycanın BƏT-lə ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinə, əmək, məşğulluq, sosial hüquqların təminatı, sosial dialoqun inkişafı və s. sahələrdə mütərəqqi beynəlxalq təşəbbüslərdə fəal iştirakına verilən yüksək dəyərin və ədalətli yanaşmanın ifadəsi olduğu vurğulanıb.

DİGƏR Xəbərlər Arxiv