YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Müasir dövrdə hər bir cəmiyyətin inkişafı üçün təhsil başlıca rol oynayır

«Müasir dövrdə hər bir cəmiyyətin inkişafı  üçün  təhsil başlıca rol oynayır». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva  bildirib ki, Azərbaycan dövləti təhsilin inkişafına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, bu baxımdan,  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” böyük önəm daşıyır.

«Bu gün təhsilin bütün pillərinin inkişafı üçün ölkəmizdə mühüm tədbirlər reallaşdırılır. O cümlədən, qanunvericilik bazası da gücləndirilir. Hər bir tələbənin, məzunun ixtisas bacarıqlarını reallaşdırması və təkmilləşdirməsi üçün virtual müəssisələrin yaradılması təcrübəsi də əhəmiyyətlidir. Bu amil gənclərin karyera taleyində mühüm rol oynayır»- deyə, millət vəkili vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv