YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəttah Heydərov: Dövlətimizin başçısının siyasəti xalqımızın mənafeyinə, xoş sabahına xidmət edir

«Azərbaycanda Heydər Əliyev yolunun alternativi yoxdur. Çünki bu yol uğurludur, xalqımızı işıqlı gələcəyə aparan  yoldur». Bu fikirləri yap.org.az saytına Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.

F.Heydərov bildirib ki, məhz Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev Heydər Əliyev siyasətini inkişaf etdirərək ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır.

«Bu gün Azərbaycan dünyada nüfuzlu dövlətlər sırasındadır. Təbii ki, bu nailiyyət Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılıb. Dövlətimizin başçısının siyasəti xalqımızın mənafeyinə, xoş sabahına xidmət edir. Təsadüfi deyil ki, Azərbaycan dünya dövlətləri  ilə, işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə iqtisadi, siyasi, mədəni, mənəvi əlaqələri  inkişaf etdirir və öz sülhpərvər siyasəti ilə onlara nümunə göstərir. Müstəqil Azərbaycan bir çox beynəlxalq səviyyəli qlobal tədbirlərə ev sahibliyi edir. Çünki dünya dövlətləri ölkəmizi sülh, sabitlik və əminamanlıq məkanı kimi qəbul edir. Bəzi faktlara diqqət yetirək. 2015-ci ildə Azərbaycarn ilk Avropa Oyunlarına ev sahibliyi etdi və bununla da Oyunların standartlarını müəyyənləşdirdi. Bu kiçik məsələ deyil. Eyni zamanda, hazırda bir sıra müsəlman ölkələrində mürəkkəb proseslərin, qanlı toqquşmaların baş verdiyi bir şəraitdə Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda «İslam Həmrəyliyi İli» elan etdi. Həmçinin, ötən ay ölkəmiz 54 müsəlman dövlətinin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Bütün bunlar insanlar arasında dostluğu, qarşılıqlı əlaqələri və əməkdaşlığı inkişaf etdirmək, dünyada sülh və sabitliyin bərqərar olunmasına xidmət edir»- deyə, F. Heydərov vurğulayıb.