YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səttar Mehbalıyev: Ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradılıb

«Ulu öndər Heydər Əliyevin  layiqli davamçısı cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə həmkarlar ittifaqlarının qanunvericilik bazası daha da təkmilləşdirilmiş, onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi respublikamızın dünyada nüfuzunun yüksəlməsində də fəal iştirak edir, vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın dərinləşməsinə və inkişafına öz töhfələrini verir». Bu fikirləri yap.org.az saytına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, bu gün möhtərəm Prezident İlham Əliyevin apardığı siyasətin məqsədi ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, dayanıqlı inkişafa və ilk növbədə Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasına nail olmaqdır. Məhz buna görə də mükəmməl işlənib hazırlanmış bütün dövlət proqramlarında sosial məsələlərin həlli nəzərdə tutulur, maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda sosial infrastrukturun yaradılması istiqamətində tədbirlər müəyyənləşdirilir.

«Sosial sahədə aparılan məqsədyönlü siyasət nəticəsində ölkə əhalisinin güzəranı daha da yaxşılaşmış, sosial obyektlərin tikintisi və istifadəyə verilməsi sürətlənmiş, məşğulluq probleminin həllində böyük irəliləyişə nail olunmuş, aztəminatlı ailələrin sosial müdafiə mexanizmi işlənib hazırlanmışdır. Son illərdə dərin maliyyə böhranı nəticəsində bir sıra ölkələrdə iqtisadiyyaınt tənəzzülə uğradığı və sosial gərginliyin artdığı, əhalinin sosial təminatı məsələlərinin diqqətdən kənarda qaldığı halda, respublikamız qlobal böhranın təsirindən qorunur, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etdirilir, əməyin və sağlamlığın mühafizəsi, bütün kateqoriyadan olan işçilərin əməkhaqlarının və təqaüdlərin artırılması istiqamətlərndə mühüm addımlar atılır»- deyə, S.Mehbalıyev vurğulayıb.