YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Məqsədyönlü tədbirlər ÜDM-də turizmin payının əsaslı şəkildə artmasını şərtləndirir

«2004-cü ildən bu yana həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət proqramları bölgələrimizin simasını dəyişib. Bu gün ucqar dağ kəndlərimizdə belə yüksək səviyyəli infrastruktur formalaşdırılıb». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, bütün kəndlərin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi ilə təmini, eləcə də kommunikasiya xətlərinin daha da müasirləşdirilməsi yönümündə addımlar atılır. Yəni, regionlarda görülən məqsədyönlü tədbirlər ölkəmizin ümumi daxili məhsulunda turizm sənayesinin payının əsaslı şəkildə artmasını şərtləndirir.

«Ötən ay Milli Məclisdə «Turizm haqqında» qanun layihəsinin müzakirəsi zamanı da vurğulanmışdı ki, Azərbaycana mart-may aylarında gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Eləcə də, ötən il səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsiri 2 milyard 285,3 milyon manat olub. Turizm sənayesinin qeyri-neft sektorunda payı daha da yüksəlməkdədir»- deyə, deputat  qeyd edib.