YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşən Musayev: ATƏT-in Minsk qrupunun fəaliyyəti fəaliyyətsizliyə bərabərdir

«ATƏT-in Minsk qrupunun fəaliyyəti fəaliyyətsizliyə bərabərdir. Çünki bu Qrupda təmsil olunan dövlətlərin özləri ortalığa yekdil mövqe qoya bilmirlər». Bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev deyib.

E.Musayev bildirib ki,  ortada xristian faktorundan tutmuş, digər siyasi maraqlara qədər bir çox səbəb toplusu var. Əsl səbəb isə özlərini kiminsə yanında pis etməmək istəyidir.

«Ona görə də problemin həllini uzada bildikləri qədər uzadırlar. Sadəcə məsələ burasındadır ki, Azərbaycan tərəfinin aprel döyüşlərindəki uğurları ATƏT-in də diqqətindən yan keçməyib və sanki bütün beynəlxalq təşkilatlar kimi onlar da qəflət yuxusundan ayılıblar. Üstəlik,  mövzunun həlli ilə bağlı gecikdiklərinin fərqinə varıblar. Ona görə də təyinatı barışdırıcı və vasitəçi missiya həyata keçirmək olan Minsk qrupu aprel döyüşlərindən sonra nəzərə çarpacaq qədər aktivləşib. Amma yenə də şablon şəkildə. Çünki, real iş görmək əzmində olan təsisat separat – işğalçı hakimiyyətlə dialoqa, hansısa danışıqlara getməz. Mövzu sərt şəkildə qabardılmalı, Ermənistana qarşı ardıcıl sanksiyalar tətbiq olunmalıdır. Bütün bunlar edilmədiyi sürəcdə yekuna, sülhə varmaq çətin olacaq»- deyə, deputat qeyd edib.