YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ANAMA: Cocuq Mərcanlının minalardan təmizlənməsi əməliyyatının iyunun sonuna kimi tamamlanması planlaşdırılır

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən iyunun 6-da Cocuq Mərcanlı kəndi ərazisindən 956 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar olunmayıb.

ANAMA-dan bildiriblər ki, gün ərzində 26 755 kvadratmetr ərazi tam təmizlənib, 15 200 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir və bu ilin iyun ayının sonuna kimi tamamlanması planlaşdırılır.