Xəbərlər
Düşmən cavab atəşi ilə susdurulub
Ermənistan ordusunun bölmələri avqustun 18-də gecə Azərbaycan Respublikasının Füzuli rayonunun Qorqan və Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub.