Xəbərlər
Fransanın Azərbaycandakı səfiri: Fransanın yeni Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi sülh yoludur
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/c9aa6ed9b4bfcf1bae95b8e504c6502d.jpg&w=360)
"Hesab edirəm ki, Fransanın yeni Prezidenti Emmanuel Makronun mövqeyi də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələcək".
Bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib. /Trend/
Diplomat deyib ki, Emmanuel Makron Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin zəngin olduğunu anlayır.
Səfir qeyd edib ki, Fransa Prezidenti Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlıdır: "O, münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək. Güman edirəm ki, onun mövqeyi də bu problemin sülh yolu ilə həll olunmasına yönələcək. Bu məsələdə ATƏT-in Minsk qrupunun rolunu da vurğulayıram. Əsas prioritet problemin sülh yolu ilə həllini tapmasıdır".