YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaqif Əliyev: Mötəbər tədbirlər Azərbaycanın turizm imkanlarını da artırır

«Bu gün Azərbaycan inkişafın yeni mərhələsindədir». Bu fikri mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

V.Əliyev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz bütün sahələrdə uğurlar qazanır. Onun sözlərinə görə, Azərbaycan dünyada söz sahibi olan dövlətdir.

«Son illər ölkəmiz ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ünvandır. Qlobal forumlar, BMT-nin Sivilizasiyalar Alyansının tədbiri və digərləri buna misaldır. Ötən ay isə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ən yüksək səviyyədə ev sahibliyi etdi. Bununla da, ölkəmiz növbəti dəfə öz gücünü, təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi. Azərbaycan bununla həm öznünü müasir tarixinə, həm də İslam Həmrəyliyi Oyunlarının tarixinə növbəti parlaq səhifəni yazdı. Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın inkişafının, tərəqqisinin, həmçinin turizm potensialının şahidi oldular. Belə tədbirlər, xüsusilə Azərbaycanın turizm imkanlarının artmasına, əcnəbi turistlərin ölkəmizə gəlişinin artmasına da əhəmiyyətli təsir göstərir. Azərbaycanın bu yöndə siyasəti davamlıdır. Bütün uğurlarımızın kökündə Ümummilli liderimiz Heydər Əliyevin siyasəti dayanır. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz yeni-yeni nailiyyətlər qazanır»- deyə, V.Əliyev vurğulayıb.