YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peru Konqresi 28 May - Respublika Günü ilə bağlı sənəd qəbul edib

Peru Konqresi Azərbaycan-Peru dostluq qrupunun sədri konqresmen Dalmiro Felisiano Palomino Ortizin təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə Azərbaycana təbrik sənədini yekdilliklə qəbul edib. Sənəd Konqresin birinci vitse-prezidenti xanım Rosa Maria Bartra Barriganın tərəfindən imzalanıb.

Sənəddə Azərbaycan Respublikasının dünya tarixində ilk müsəlman demokratik respublika olduğu, bu respublikanın bütün vətəndaşlarının bərabər hüquqlarla təmin edildiyi, Azərbaycanın çoxmillətli və multikultural ölkə olduğu qeyd edilir. İki ölkə arasında diplomatik əlaqələrin 1996-cı ildə qurulduğu xatırlanaraq Azərbaycanın Peru üçün mühüm tərəfdaş olduğu vurğulanır.