YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Google” axtarış sistemi Mərakeşdə və bir neçə ölkədə istifadəçilərə Heydər Əliyev Mərkəzinin görüntüsü ilə açılıb

“Google” axtarış sistemi tanınmış memar Zaha Hadidin memarlıq sahəsində ən nüfuzlu mükafat sayılan “Pritsker”i almasının ildönümünü xüsusi qeyd edib. Bu məqsədlə Mərakeşdə və bir sıra başqa ölkələrdə 31 may tarixində “Google” axtarış sisteminin əsas səhifəsində Zaha Hadidin və onun layihəsi əsasında inşa edilən Heydər Əliyev Mərkəzinin şəkilləri təqdim olunub.

Zaha Hadid nüfuzlu “Pritsker” mükafatını almış ilk qadın memardır. İraq əsilli memarın layihəsi əsasında dünyanın bir çox ölkəsində möhtəşəm binalar inşa olunsa da, “Google” şirkəti onun ən diqqətəlayiq işi kimi məhz Heydər Əliyev Mərkəzini təqdim edib.