YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əfqanıstan Prezidenti Azərbaycan xarici işlər nazirinin müavinini qəbul edib

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov mayın 30-31-də Əfqanıstan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Araz Əzimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və dəvət məktubunu Əfqanıstan Prezidentinə çatdırıb. Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ən xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Nazir müavini Araz Əzimov, həmçinin Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani və digər rəsmi şəxslər ilə görüşüb.

Görüşlərdə ikitərəfli siyasi dialoq və praktiki əməkdaşlıq məsələləri müzakirə olunub. Əfqanıstan rəsmiləri ölkədə stabilliyin yaradılması işinə Azərbaycanın verdiyi dəstəyin və Asiyanın Ürəyi – İstanbul Prosesinə həmsədrliyinin yüksək qiymətləndirildiyini bildiriblər.

Səfər zamanı Araz Əzimov Asiyanın Ürəyi – İstanbul Prosesinin səfirlər səviyyəsində görüşünə həmsədrlik edib.

Sözügedən görüşdə bu ilin sonunda Bakıda keçiriləcək Asiyanın Ürəyi – İstanbul Prosesinin nazirlər səviyyəsində iclasına hazırlıqla bağlı məsələlər müzakirə olunub.