YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

28 May - Respublika Günü və Azərbaycan-Belçika diplomatik əlaqələrinin 25 illiyi Brüsseldə qeyd olunub

Brüsselin nüfuzlu BOZAR İncəsənət Sarayında 28 May - Respublika Günü, eləcə də Azərbaycan və Belçika arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunan konsert və rəsmi qəbul keçirilib.

Azərbaycan Respublikasinin Belçika Krallığındakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunan tədbirdə Belçikanın dövlət qurumlarının, Avropa İttifaqı təsisatlarının və Brüsseldə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov 99 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının milli tariximizdə tutduğu mühüm yerdən danışaraq, 23 ay yaşamış bu respublikanın demokratik dəyər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayıb. O, həmin dövrdə qadınlara səsvermə hüququ verildiyini, ölkə ərazisində yaşayan azlıqların milli parlamentdə təmsil olunduğunu xatırladıb.

Müasir Azərbaycan Respublikasının şanlı müstəqillik tarixi barədə danışan diplomat Belçika ilə Azərbaycan arasında əlaqələrin yaradılmasının 25 illiyinin vacib hadisə olduğunu qeyd edib, Belçikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən olduğunu diqqətə çatdırıb. O, ötən müddət ərzində iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq əlaqələrinin bərqərar olduğunu bildirərək, ikitərəfli əlaqələrin inkişafına hər iki ölkə rəhbərliyinin verdiyi xüsusi dəstəkdən söz açıb.

Belçika Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə baş direktoru xanım Anik Van Kalste ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini, ikitərəfli uğurlu iqtisadi əməkdaşlıq aparıldığını qeyd edib. O, qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına səfərlərinin əhəmiyyətini vurğulayıb.

Sonra Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik-caz” qrupunun konserti olub. Tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.