YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maroş Şevçoviç: Xəzər qazının Avropa bazarına cəlb edilməsi reallığa çevrilir

Xəzəryanı – Mərkəzi Asıya regionu və Avropa İttifaqı yaxın illərdə geniş spektrli, o cümlədən energetika sahəsində qarşılıqlı sərfəli əməkdaşlığı inkişaf etdirəcəklər.

Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bu sözləri Beynəlxalq Energetika Xartiyasının “Enerji resurslarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinə doğru” adı altında keçirilən Aşqabad forumunun iştirakçılarına videomüraciətində söyləyib.

O bildirib ki, Türkmənistan qazının Avropa bazarlarına nəql olunmasının təmin edilməsi üçün aparılan danışıqlar və daim göstərilən səylər bu tərəfdaşlıq və əməkdaşlığın möhkəm olacağına dəlalət edir.

Onun sözlərinə görə, uzunmüddətli aşağı karbonlu iqtisadiyyata keçid üçün qaz çox mühüm rol oynayır. Beynəlxalq qaz bazarlarında və nəqliyyat infrastrukturunda müşahidə olunan meyllər, transsərhəd elektrik enerjisi ticarəti və regional elektrik enerjisi bazarlarının yaradılması energetika sistemlərinin inkişafı üçün aktual məsələlər kimi qalmaqdadır.

Avropa Komissiyasının vitse-prezidenti Şərq-Qərb boru kəməri tikintisinin başa çatması və TAPİ qaz kəməri ilə bağlı davam edən işlər münasibətilə Türkmənistanı təbrik edib. Bununla əlaqədar o vurğulayıb ki, tərəflərin belə iri layihələrdə topladığı təcrübə təchizat marşrutlarının şaxələndirilməsində faydalı ola bilər. O, “Cənub Qaz Dəhlizi” layihəsinə də toxunaraq bildirib ki, bu layihə genişləndirilərək, Transxəzər boru kəməri vasitəsilə Mərkəzi Asiyanı da əhatə edə bilər.

Maroş Şefçoviç deyib ki, Xəzər qazının Avropa bazarına cəlb edilməsi reallığa çevrilir. Bu fakt Məşvərət Şurasının cari ilin fevral ayında Bakıda keçirilmiş müşavirəsində də təsdiqlənib.

Avropa Komissiyasının vitse-prezidenti daha sonra vurğulayıb ki, Aİ-Azərbaycan-Türkiyə-Türkmənistan dördtərəfli nazirlər müşavirəsində imzalanmış Energetika sahəsində əməkdaşlıq haqqında Aşqabad Bəyannaməsi əsasında müvafiq işçi qrup yaradılıb və bu uğurlu əməkdaşlıq davam edəcək.