YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şeyx Abdullah bin Zayed Al Nahyan: Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri bütün sahələrdə əlaqələri inkişaf etdirib

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri xalqlarımız arasında mövcud olan dostluğu gücləndirməklə bütün sahələrdə əlaqələri inkişaf etdirib.

Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyan Azərbaycana səfərinin yekunları ilə bağlı açıqlamasında bildirib.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanı özünün qabaqcıl regional tərəfdaşlarından hesab etdiyini deyən nazir ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayıb: “Biz Azərbaycan ilə münasibətləri gücləndirmək və genişləndirmək niyyətindəyik. Bu tellər siyasi, iqtisadi və sosial əlaqələrlə dəstəklənməklə münasibətlərimizin gələcəkdə yalnız inkişafına və çiçəklənməsinə davam edəcəyinə zəmin yaradır”.

Şeyx Abdullah bin Zayed Al Nahyan bildirib ki, BƏƏ Azərbaycan ilə tərəfdaşlıqdan qürur duyur. Birləşmiş Ərəb Əmirlikləri, həmçinin iqtisadiyyatın bir çox sahələrində Azərbaycan ilə əməkdaşlığı genişləndirməyə çalışır. Azərbaycanın ötən illərdəki sürətli iqtisadi və siyasi inkişafı, dinamikliyi BƏƏ tərəfindən heyranlıqla qarşılanır. Ölkələrimiz ortaq maraqları paylaşır. Regionda qarşılıqlı anlaşmanın, çiçəklənmənin qurulması bizim milli məqsədlərimizdir. İnanıram ki, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin ikitərəfli əlaqələrinin parlaq gələcəyi var.