YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramiz Həsənov: Azərbaycanda verilən sertifikatların Avropada tanınması üçün fəal iş aparılır

Azərbaycanda verilən sertifikatların xaricdə tanınması ilə bağlı may ayı ərzində bir sıra görüşlər keçirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının yaranmasının 25 illiyinə həsr olunan konfransında jurnalistlərə açıqlamasında bu barədə danışarkən deyib: Azərbaycan Çin ilə müvafiq saziş imzalayıb. Bu saziş əsasında Azərbaycanda verilən sənədlər və sertifikatlar Çində, Çində verilən sertifikatlar isə Azərbaycanda tanınacaq.

Azərbaycan məhsullarının Avropa bazarına çıxışını təmin etmək məqsədilə bir neçə gün öncə Avropa Akkreditasiya Təşkilatının Baş Assambleyasında iştirak etdiyini diqqətə çatdıran Ramiz Həsənov qeyd edib ki, orada bir sıra görüşlər keçirildi. “İnanıram ki, noyabr ayında keçiriləcək Baş Assambleyanın növbəti iclasında Azərbaycan Avropa Akkreditasiya Təşkilatının üzvü olacaq. Bu da Azərbaycanda verilən bütün sənədlərin Avropa ölkələrində tanınmasına kömək edəcək. Həmçinin burada verilən laboratoriya nəticələri Avropa ölkələrində tanınacaq. Hazırda Azərbaycan məhsullarının ixrac olunacağı ölkələrlə mütəmadi danışıqlar aparılır”, – deyə Komitə sədri vurğulayıb.