YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İyunda Bakıda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Hazırda Qazaxıstan və Azərbaycan fəal inkişaf edən iki müstəqil dövlət kimi əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirir.

Bu sözləri Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev  deyib.

Səfir bu ilin iyununda Bakıda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçiriləcəyini vurğulayıb. O deyib ki, bu barədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri zamanı razılığa gəlinib. Bakıda keçirilən görüşlər zamanı Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyaya yeni tapşırıqların verildiyini, iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün komissiya çərçivəsində mühüm tədbirlərin görülməli olduğunu vurğulayan diplomat qeyd edib ki, əsas hədəfimiz növbəti illərdə iki ölkə arasında ticarət dövriyyəsini 2-3 dəfəyədək artırmaqdır. Hökumətlərarası komissiyanın iclasında konkret sahələr və istiqamətlər üzrə müzakirələr aparılacaq.