YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: Bu ilin ötən dövründə sahibkarlara 36,2 milyon manat güzəştli kredit verilib

2017-ci ilin ötən dövrü ərzində ölkə üzrə 360 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 36,2 milyon manat güzəştli kredit yönəldilib. Bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. «Ümumilikdə, indiyədək yalnız Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1345 investisiya layihəsinin maliyyələşdirilməsinə 377,6 milyon manat güzəştli kredit verilib»- deyə, icraçı direktoru vurğulayıb.