YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “İqtisadi islahatlar - əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfrans keçirilir

Mayın 30-da Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə “İqtisadi islahatlar - əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfrans işə başlayıb.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı konfransı açaraq dövlət-özəl sektor dialoqu və əməkdaşlığının davamlı iqtisadi artımın təmin olunmasında özəl sektorun rolunun gücləndirilməsi üçün əlverişli imkanlar yaratdığını deyib. O bildirib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” Azərbaycanda islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli düşünülmüş və təkcə qısamüddətli deyil, həm də orta və uzunmüddətli hədəflərə istiqamətlənməsini göstərir. Qeyri-neft ixracı ilk 4 ayda 22 faiz artıb, manatın sabitliyi ilə bağlı uğurlu nəticələr əldə edilib.

AmCham-ın prezidenti Nuran Kərimov bildirib ki, ölkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı sistemli tədbirlər həyata keçirilir. Özündə 260-dan çox xarici və yerli investoru birləşdirən AmCham ölkədə aparılan iqtisadi islahatlarda yaxından iştirak edir və töhfəsini verir.

Konfransda çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar sayəsində ölkəmizdə makroiqtisadi sabitliyin, xüsusilə manatın sabitliyinin təmin olunduğunu və inflyasiyanın idarəolunan həddə endirildiyini, qeyri-neft sektorunda iqtisadi artım tempinin və ixrac həcminin artdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, yaranmış əlverişli biznes mühiti yerli və xarici sahibkarların fəaliyyətlərinin daha da genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına daha çox investisiya cəlbi üçün zəmindir. Azərbaycanda vergi, gömrük, fiskal və monetar siyasət üzrə islahatlar sahibkar məmnunluğunu artıraraq şəffaflıq, hesabatlılıq və səmərəlilik üçün daha geniş imkanlar yaradıb.

DİGƏR Xəbərlər Arxiv