YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhəd Qəzayi: Prezident İlham Əliyev hər bir siyasi addımını vaxtında və dəqiqliklə atan dövlət xadimidir

Azərbaycan Prezidenti İlham Əliyev hər bir siyasi addımını vaxtında və dəqiqliklə atan dövlət xadimidir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi də dövlət başçısının belə addımlarından biridir.

Bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzayi deyib.

Azərbaycanda səfir olduğu müddətdə ümummilli lider Heydər Əliyevlə dəfələrə görüşdüyünü xatırladan diplomat bildirib ki, Heydər Əliyev ən çətin məqamlarda belə düzgün qərar verməyi bacaran görkəmli şəxsiyyət idi. Heydər Əliyevin yolunu davam etdirən Prezident İlham Əliyev də hər bir addımını dəqiqliklə atan dövlət xadimidir. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi və bu il çərçivəsində Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi çox düzgün addımdır.

Əhəd Qəzayi bildirib ki, bu gün dünyada yaşayan bütün müsəlman xalqlarının birliyə və həmrəyliyə böyük ehtiyacı var. Xalqların yaxınlaşması və həmrəyliyi yalnız fayda verə bilər. Həmrəylik dostluğun və qardaşlığın əsasıdır. İslam Həmrəyliyi Oyunları bütün dünyaya müsəlmanların həmrəy ola biləcəyini göstərdi. Bu, İslam dininin və müsəlmanların neqativ obrazını yaratmağa çalışanlara tutarlı cavab oldu.

“Mən bir müsəlman kimi bu təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”, - deyən Ə.Qəzayi qeyd edib ki, Azərbaycan öz inkişafı ilə beynəlxalq səviyyəli həm idman, həm də siyasi tədbirlərə ev sahibliyi etməyi yaxşı bacaran nüfuzlu bir ölkəyə çevrilib.

DİGƏR Xəbərlər Arxiv