YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Putin: Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf edir

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Xalqınızın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamıya məlumdur. Sizin ölkəniz dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır.

Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf edir. Bütün səviyyələrdə məzmunlu siyasi dialoq, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq tənzimlənib.

Əminəm ki, birgə səylərimizlə ikitərəfli əməkdaşlıq əlaqələri kompleksini bundan sonra da inkişaf etdirəcəyik. Bu, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məcrasında ölkələrimizin dost xalqlarının köklü mənafelərinə uyğun olaraq cərəyan edir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına sülh və əmin-amanlıq arzu edirəm.”