YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misirli yazıçı: Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü müsəlman ölkələri arasında əlaqələri gücləndirəcək

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi müsəlman ölkələri arasında əlaqələrin güclənməsi baxımından çox önəmlidir.

Bu sözləri misirli yazıçısı Əhməd Abdo Tərabik “Qarabağ - Qafqazda sülhə aparan yol” kitabının təqdimatında bildirib.

“Təəssüf ki, biz müsəlman dünyasının üzləşdiyi problemlərdə həmrəyliyin şahidi olmuruq. Hətta ermənilər 1915-ci ildə baş vermiş, heç bir hüquqi əsası olmayan hadisələri “soyqırımı” kimi təqdim etməyə çalışırlar. Halbuki Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər Azərbaycan xalqına qarşı etnik təmizləmə həyata keçiriblər.

İslam həmrəyliyi təşəbbüsü İslam dünyasının üzləşdiyi problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir. Azərbaycan Prezidentinin bu təşəbbüsü müsəlman dünyasında həmrəyliyin möhkəmlənməsinə xidmət edir”, - deyə yazıçı qeyd edib.