YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hindistan Prezidenti: Hindistan ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən uzunmüddətli dostluq münasibətlərinin möhkəmlənməsi və dərinləşməsi həqiqətən bizi məmnun edir

Hindistan Respublikasının Prezidenti Pranab Mukherci Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə, ölkəmizin Milli bayramı - Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hindistan ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən uzunmüddətli dostluq münasibətlərinin möhkəmlənməsi və dərinləşməsi həqiqətən bizi məmnun edir. Əminəm ki, ikitərəfli əlaqələrimizi daha da genişləndirməyə yönəlmiş birgə səylərimiz ümumi maraq doğuran yeni sahələrdə daha yaxından əməkdaşlıq etməyimizə zəmin yaradacaq.

Zati-ailələri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.