YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: İslamiada Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi

lV İslam Həmrəyliyi Oyunları Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Bu fikirləri millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, lV İslam Həmrəyliyi Oyunları ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi:

"Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına təkcə idman tədbiri kimi baxmamalıyıq. Bunu dövlət başçısı İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə çox incəliklə vurğuladı. Bu tədbir həm də millətlər, dövlətlər, xalqlar arasında yaxınlaşmadır, siyasi, iqtisadi və mədəni əməkdaşlıqdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz bütün hərəkətlərimiz, davranışımız, tədbirlərimizlə dünyaya sülh mesajı verməliyik, bizim həmrəyliyimiz nümunə olmalıdır. Bu gün İslam dünyasında münaqişələr, vətəndaş qarşıdurması və sair kimi xoşagəlməz hallar baş verir. Bunlara son qoyulmalıdır. Biz dünyaya nümayiş etdirməliyik ki, İslam dini humanizm, sülh, vətənpərvərlik dinidir. Biz sübut etməliyik ki İslam dini terror deyil. Bütün bunların qarşısını almaq üçün İslam ölkələri arasında həmrəylik, tərəfdaşlıq olmalıdır, sülh bərqərar olmalıdır. İnanıram ki, Azərbaycan bu sahəyə töhvə vermiş bir dövlətə çevriləcək".

Deputat qeyd edib ki, Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. İki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunlarının keçirilməsi bunu bir daha təsdiq edir.